“Bayer” “Liverpul”un müdafiəçisi Jarell Kuansı transfer etdiyini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, müqavilə 2030-cu ilin iyunun sonuna kimi qüvvədədir. Müdafiəçi Leverkuzen klubunda 4 nömrəli formayla çıxış edəcək.
Ötən mövsüm 22 yaşlı müdafiəçi bütün yarışlarda 25 oyun keçirib və qol vurmayıb.

