26 İyul 2026
Dünya futbolu

“Liverpul”dan “Yuventus”a qayıdır

“Liverpul”un futbolçusu Federiko Kyeza yenidən “Yuventus”a qayıda bilər.

İdmanxeber.az xəbər verir ki, Turin klubu italiyalı vingeri icarəyə götürməyi planlaşdırır və tərəflərin danışıqlara gələn həftə başlaması gözlənilir.

“Liverpul” isə müvəqqəti deyil, daimi transferə üstünlük verir.

Qeyd edək ki, Kyeza 2024-cü ilin avqustunda 12 milyon avro qarşılığında “Yuventus”dan “Liverpul”a keçib. Onun İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin iyununa qədərdir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43