Fransa millisinin daha bir futbolçusu DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığmasına qarşı oyundan öncə son məşqə çıxmayıb.
İdmanxeber.az xəbər verir ki, “Liverpul” müdafiəçisi İbrahima Konate yüngül zədəsi səbəbindən hazırlıq prosesinə qatılmayıb. Bundan əvvəl Kilian Mbappenin də məşqdə iştirak etmədiyi bildirilmişdi.
Hazırda hər iki futbolçunun durumu tibbi heyət tərəfindən qiymətləndirilir.
Fransa – Azərbaycan qarşılaşması oktyabrın 10-da, saat 22:45-də “Park de Prens” stadionunda keçiriləcək.

