15 İyun 2026
Dünya futbolu

“Liverpul”un hücumçusu Madrid klubuna keçir

“Liverpul”un hücumçusu Darvin Nunesin prioriteti “Atletiko”ya keçməkdir.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı uruqvaylı Madrid komandasını çalışdıran baş məşqçi Dieqo Simeonenin rəhbərliyi altında özünün ən yaxşı formasını bərpa edə biləcəyinə əmindir. “Atletiko” məcburi satınalma şərti ilə oyunçunu icarəyə götürə bilər.

Bu mövsüm Nunes bütün turnirlərdə 46 oyuna çıxıb, 7 qol vurub və 7 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43