“Sent-Etyen”in futbolçusu Zuriko Davitaşvili karyerasını “Qalatasaray”da davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu futbolçuya Fransa təmsilçisindən yüksək maaş təklif edib. 24 yaşlı oyunçu da “Qalatasaray”da oynamağa müsbət yanaşır.
Gürcüstan millisinin üzvü bu mövsüm Liqa 1 təmsilçisinin heyətindəmeydana çıxdığı 34 rəsmi matçda 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

