“Liverpul” İbrahima Konateni müqavilə uzatmağa razı salmasa, onu qışda satmağa hazırdır.
İdmanxeber.az-ın məlumatına görə, klub yeni sözləşmə təklif edib, amma 26 yaşlı fransalı müdafiəçi hələ razılıq verməyib. “Liverpul” futbolçunun 2026-da pulsuz ayrılmaması üçün satış variantını nəzərdən keçirir.
Konate bu mövsüm bütün turnirlərdə 17 oyunda iştirak edib.

