05 İyul 2026
Dünya futbolu

London klubları onun üçün yarışır

“Leyptsiq”in yarımmüdafiəçisi Xavi Simons London klublarının hədəfindədir.

İdmanxeber.az xəbər verir ki, niderlandlı futbolçu uzun müddətdir “Çelsi”yə keçmək istəyir və tərəflər artıq ilkin razılığa gəlib. Lakin “Tottenhem” də mübarizəyə qoşulub və rəsmi təklif göndərməyə hazırlaşır.

Almaniya klubu Simonsu 65 milyon avrodan yuxarı məbləğə satmaq niyyətindədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43