Dünya futbolu Kateqoriyasız

Luçeskunun sözləri Türkiyəni bir-birinə vurdu – “Meydana atılan bəzəklər bizə təsir etdi”

“Luçeskunun yaddaşında problem var”

İdmanxeber.az-ın məlumatına görə, Millətlər Liqasının B qrupunda yer alan Türkiyə yığması bu gün səfərdə İsveç komandası ilə qarşılaşacaq. Oyundan öncə keçirilən mətbuat konfransında Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku oyun barəsində jurnalistlərə açıqlama verib. O, bacara bilməsə komandadan ayrılacağını bildirib:

“Heyətimiz gənc oyunçulardan ibarətdir. Bu komandaya biraz vaxt vermək lazımdır. Yaxşı səviyyədə bir milli üçün əlimizdən gələni edirik. Əgər bacara bilməsəm getməyə hazıram”

Təcrübəli çalışdırıcı qapıçının olmamasından və Rusiya məğlubiyyətindən də danışıb:

“Heyətə dəvət etməyə qapıçı tapa bilmirəm. Buna mən nə edə bilərəm? Rusiya məğlubiyyətində müəyyən səbəblər var idi. Oyun anında azarkeşlər stadiona bəzək üçün lentlər atırdılar. Bu bizim oyunumuza təsir etdi. Fikir versəniz qol buraxdığımız epizodda müdafiəçimiz Serdar Azız o lentlərin üstündən keçməyə çətinlik çəkirdi”.

Rumıniyalı baş məşqçi bu sözlərdən sonra Türkiyə mətbuatında çox sərt tənqid olunub. İdman yazarları baş məşqçinin məğlubiyyət haqda dediyi sözlərə və qapıçısızlıqdan şikayətlənməsinə cavab olaraq “Başakşəhər”dəki Volkan Babacanı, “Fənərbaxça”da Harun Çetini, “Akhisar”da forma geyinən Fatihi misal gətirərək Luçeskunun yaddaşında problem olduğunu və Türkiyəni əl saldığını qeyd ediblər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43