İdman

Məmmədyarovdan Nicata dəstək

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Kanadanın Toronto şəhərində İddiaçılar Turnirində iştirak edən Nicat Abasov haqqında fikirlərini bölüşüb.

İdmanxeber.az məlumat verir ki, Məmmədyarov “feysbuk” hesabında bu haqda yazıb və Abasovun yaxşı şahmatçı olduğunu bildirib:

“Belə turnirdə ölkəmizi təmsil etdiyin üçün böyük təşəkkürlər. Nicat bacardığını edir, bu, gözəldir. Bu yarışda məğlubiyyət ağır olur. Sonadək inanırıq və bir gözəl qələbə gözləyirik. Sənin yanında olmaq xoşdur. Uğurlar”.

Nicat Abasov 10-cu turdan sonra 3 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43