Kateqoriyasız

“Mənə dedi ki, müsəlmansan, həqiqəti deməsən…” – İbrahima Vadji

“Genduzi mənə dedi ki, müsəlmansan, həqiqəti deməsən, Allah səni cəzalandıracaq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Marsel”lə oyunda əllə qol vuran və sonradan Qurban Qurbanovuyn qərarı ilə qolu ləğv olunan  İbrahima Vadji deyib.

Hücumçu daha sonra bunları bildirib:

“Komandamıza qələbə lazım idi. Əllə qol vursam da, öncə ümumi uğurumuz naminə referiyə bildirmədim. “Marsel”in futbolçuları qolu əlimlə vurduğumu söylədikdən sonra mənə təşəkkür etdilər.

Qurban Qurbanov ciddi insandır. Yalan danışmağı sevmir. Mənim üçün də ağır idi. Çünki topa əlimlə toxunmuşdum. Bunu kapitanıma və komanda yoldaşlarıma dedim. Baş məşqçi bildirdi ki, biz əllə qol vurmalı deyilik, məsuliyyəti öz üzərinə götürməlisən. Ona görə də hakimlə danışmağa getdim. Nəticədə referi qolu ləğv etdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43