Kateqoriyasız

“Mən indi “Real”ı yox, yalnız “Qarabağ”ı düşünürəm” – “Sevilya”nın prezidenti

“Mən hazırda “Qarabağ”ı, yalnız “Qarabağ”ı və “Qarabağ”ı düşünürəm. “Real”la oyuna hələ bir neçə gün var”.

İdmanxeber.az-ın “AS” nəşrinə istinadən yaydığı məlumata görə, bu sözləri “Sevilya”nın prezidenti Xose Kastro “Qarabağ”a qarşı keçiriləcək Avropa Liqasının qrup mərhələsinin oyunu haqda danışarkən deyib.

Klub prezidentinin fikrincə, “Qarabağ”la görüşdə heyətdə rotasiyalar olacaq: “Bu, məntiqlidir. Çünki hər üç gündən bir oynayırıq. Ona görə də məşqçi dəyişiklik edə bilər. Bu, onun hüququdur”.

Xatırladaq ki, Avropa Liqasının qrup mərhələsinin ilk turunun “Qarabağ” – “Sevilya” matçı sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43