Kateqoriyasız

“Məqsədim ölkəmizi xaricdə təmsil etməkdir” “Turan”ın futbolçusu

“Turan”ın futbolçusu Sadiq Şəfiyevin müsahibəsi
– “Turan” bu il Azərbaycan çempionatında çıxış edəcək, bununla bağlı fikirlərin necədi?
– Ümid edirəm ki, daha çox uğurlar qazanarıq.Buna çox inanıram. Düşünürəm ki, əlimizdən gələni edib pik səviyyədə çıxış etməliyik.
– Komandanızda daha təcrübəli və yaxşı futbolçular gələcək. Bu səni narahat etmir? Yəni rəqabət daha çox olacaq…
– Xeyr, əksinə daha təcrübəli futbolçularla bir komandada oynamaq yaxşıdır. Mən rəqabəti çox sevirəm.
– 1 ci dəstədə 9 qol, 2 asist etmişdin. Çempionatı bu uğuru təkrərlaya biləcəksənmi?
– Əlbəttə, mən bundan da çox qol vuracam. İnşallah bunun üçün əlimdən gələni etməyə hazıram.
– Bu yaxınlarda Rövşən Babayev səni və bir neçə komanda yoldaşını milliyə qazandırdığını açıqlamışdı. Bununla bağlı nə deyə bilərsən?
– “Turan”a gəlməmişdən öncə milli komandaya dəvət almışdım.
– Milli komadadakı oyununla bağlı nə deyə bilərsən?
– Millidəki çıxışım mənə təcrübə qazandırır.
– Komandanıza yeni baş məşqçi təyin olub. Ayxan müəllimlə tanış olmusuz?
– Xeyr.
– Gələcək katyeranla bağlı nə deyə bilərsən? Gələcəkdə ölkə xaricində oynamaq istəyirsən?
– Əlbəttə ki, hər bir futbolçunun arzusu ölkəsini xaricdə təmsil etməkdir. Buna inanıram. Düşünürəm ki, Azərbaycanı xarici klublarda layiqincə təmsil edəcəm.
– Bunu üçün nə edirsən? Yəni digər futbolçulardan fərqli nəsə məşq edirsən? Ya komandanın məşqi ilə kifayətlənirsən?
– Komandanın məşqlərindən əlavə boş vaxtlarımda öz üzərimdə daim çalışıram.
– Səncə, komandanız çempionatda hansı yerlər üçün mübarizə aparacaq?
– Təbii ki, daha yuxarı yerlər üçün oynamağa çalışacağıq
– Uzun zamandan sonra “Turan” Premyer Liqaya vəsiqə qazandı. Bunu komada olaraq necə qarşıladınız?
– Azarkeşlərimiz və komandamızla birlikdə çox sevindik.
– Bu il həm də “Kəpəz” Premyer Liqaya vəsiqə qazandı. Bir Gəncəli olaraq və “Kəpəz”də futbolun sirlərin öyrənməyə başladığın üçün bu komanda da sənə doğmadı. Bununla bağlı nə deyə bilərsən?
– Əlbəttə, bir gəncəli olaraq komandanın əsas liqada çıxış edəcəyinə sevindim.
Newsport.az

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43