Kateqoriyasız

“Sabah”da daha bir ayrılıq – rəsmi

“Sabah” klubu futbolçu Xulio Rodriqeslə yollarını ayırıb.

Idmanxeber.az klubun saytına istinadən xəbər verir ki, paraqvaylı hücumçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Ona xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Xulio Rodriges 2020-ci ilin yanvarından “Sabah”da çıxış edirdi.

“Sabah” daha əvvəl Şpiro Periçiç və Slavik Alxasovla da yollarını ayırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43