Dünya futbolu

Məşhur futbolçu karyerasını bitirə bilər

Madrid “Real”ının futbolçusu Toni Kross karyerasını başa vurmağı düşünür.

İdmanxeber.az “AS” nəşrinə istinadən xəbər verir ki, almaniyalı futbolçu karyerasının pik nöqtəsində futbolla vidalaşmağı düşünür.

32 yaşlı yarımmüdafiəçi meydanın mərkəzində gənclərin oynamasının tərəfdarıdır.

Qeyd edək ki, Toni Kroos 2014-cü ildən “Real Madrid”də çıxış edir. Onun klubla müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43