Kateqoriyasız

“Qarabağ”ı sevindirən xəbər – QAYITDI

“Qarabağ”ım bir müddətdir ki, zədəli olan futbolçusu Kevin Medina artıq komandayla birgə məşqlərə başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun kolumbiyalı müdafiəçisi Misli Premyer Liqasının VIII turunda “Neftçi” ilə oyunda meydana çıxa bilər. Medinanın şənbə günü oynayıb-oynamaması baş məşqçi Qurban Qurbanovun qərarından asılı olacaq.

Qeyd edək ki, Medina Çempionlar Liqasının “Sürix”lə səfər matçında sıradan çıxmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43