İdman

Madrid azarkeşlərinə şad xəbər: Geri döndülər

Madrid “Real”ının 2 aparıcı futbolçusu sıraya dönüb. 

İdmanxeber.com-un məlumatına görə, söhbət Kristiano Ronaldo və Kərim Benzemadan gedir.

 

Həkimlər hər iki oyunçunun zədəsini tam sağaltdığını bildiriblər. Ronaldo və Benzema “qalaktikos”un son məşqində iştirak ediblər.

 

Hər iki futbolçu La Liqanın III turu çərçivəsində “Osasuna” ilə matçda komandasına kömək edə biləcək.

 

Qeyd edək ki, “Real” – “Osasuna” görüşü sentyabrın 10-da keçiriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43