Ölkə futbolu

“Mahir cəld və texnikalı oyunçudur”

İdmanxeber.az saytının əməkdaşı Türkiyə mətbuatına Azərbaycan millisinin üzvü Mahir Emreli barədə danışıb.

Saytımızın redaktoru Həsən Quluzadə “Yeni Haber” nəşrinin idman direktoru Ufuk Kendirci ilə söhbəti zamanı Emrelinin “Konyaspor” üçün faydalı ola biləcəyini vurğulayıb:

“Mahir cəld və texnikalı futbolçudur. Topla oynamağı çox sevir. Davamlı oynasa, “Konyaspor” üçün faydalı olacaq. Meydanda rahat olmağı xoşlayır. Bəzən cinahlarda çıxış etsə də, mərkəz hücumçusu kimi daha yaxşı oynayır. Son zərbələri, bitiriciliyi kifayət qədər yüksəkdir. Hücum zamanı mövqe seçimi də pis deyil. Ağıllı oyunçudur. Əgər ona səbr edilsə, komanda üçün çox faydalı olacaq”.

Xatırladaq ki, müqavilə ilə “Dinamo”ya məxsus olan millimizin üzvü mövsüm sonuna qədər icarə əsasında Konya təmsilçisində çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43