Ölkə futbolu

“Neftçi” 500-cü qələbəsini qazanıb

“Neftçi” Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, yubiley Premyer Liqanın XXVI turuna təsadüf edib.

“Ağ-qaralar” səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə üstələyiblər. Bakılılar ölkə çempionatındakı 879-cu matçında “500”ə çatıblar. Paytaxt təmsilçisi evdə 276, səfərdə 217, neytral meydanda 7 dəfə qalib gəlib.

Bütün çempionatların iştirakçısı olan “Neftçi” ilk qələbəsini 1992-ci ildə qazanıb. Mayın 8-də Sumqayıt “Xəzər”i ilə qarşılaşan Bakı klubu 1:0 hesabı ilə üstün olub.

Qeyd edək ki, “Neftçi” qələbə sayında yalnız “Qarabağ”dan geri qalır. Rekordçu olan ağdamlılar 505 dəfə rəqibini məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43