25 İyul 2026
Ölkə futbolu

“Bəzən aşırı dərəcədə üstümüzə gəlirlər” – “Şamaxı”nın kapitanı

“Oyunumuz barədə xoş sözlər eşidəndə, oxuyanda bizə də müsbət mənada təsir edir. “Şamaxı” uduzduğu görüşlərdə belə ən yaxşısını emtəyə çalışır. Komanda sırf azərbaycanlı oyunçularla yaxşı işlər görür. Bəzən çox aşırı dərəcədə üstümüzə gəlirlər. “Neftçi”yə qarşı çox yaxşı mübarizə apardıq. Onları düzgün analiz etmişdik. Böyük komandalara qarşı oyunlar bizdə bayram ab-havası yaradır. Belə görüşlərdən sonra daha böyüyəcəyik”.

Bu sözləri idmanxeber.az saytına “Şamaxı”nın kapitanı Elvin Məmmədov “Neftçi” görüşü barədə danışarkən deyib. Təcrübəli fiutbolçu daha sonra belə davam edib:

“Bizim məqsədimiz var. Əgər əzmkar oynasaq, meydanın hər yerində mübarizə aparsaq, nəticəyə nail olacağıq. Ancaq dünən oyunçular həqiqətən çox yaxşı oynadı. Hamı özünü göstərdi.

Düzdür, sonuncu sıralada olmağın təhlükəsini hiss edirik. Heç bir komanda çempionatı axırıcı pillədə bitirmək istəməz. Bunun fərqindəyik. Qarşıda da hələ bizi çətin oyunlar gözləyir. Ancaq bu mübarizəmizin bir nəticəsi olacaq. Məncə, komanda qarşıdakı görüşlərdə xal və ya xallar qazan biləcək”.

Xəyal Hüseynov

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43