25 İyul 2026
Dünya futbolu

Neymar PSJ ilə bağlı qərarını verib

Neymar karyerasının sonuna qədər PSJ-də oynamaq istəyir.

İdmanxeber.az “The Atletic” nəşrinə istinadən xəbər verir ki, braziliyalı futbolçu Paris təmsilçisindən ayrılmaq niyyətində deyil. Onun yenidən “Barselona”ya qayıdacağı barədə çıxan xəbərlər isə əsassızdır.

Mənbə yazır ki, braziliyalı ulduz oyunçu PSJ-də tarixi nəticələrə imza atmaq istəyir. O, komandada Çempionlar Liqasını qazanmaq arzusundadır.

Neymar bu günə qədər PSJ-də 13 kubok qazanıb. Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43