Kateqoriyasız

Mahir Emreli niyə görə əsas komandadan kənarda qalıb?

Millimizin futbolçusu Mahir Emreli çıxış etdiyi Zaqreb “Dinamo”sunun əvəzedici komandasına göndərilib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ante Çaçiç yerli mətbuata açıqlamasında deyib. O, bərpa prosesi keçən Mahir Emreli, Boşko Şutalo, Antonio Marin, Marko Bulat, Amer Qoyakın “ikinci komanda” ilə məşq etdiyini söyləyib.

“Dinamo” sabah Xorvatiya çempionatının ilk turunda “Lokomotiva”nı qəbul edəcək. Matç saat 22:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43