Kateqoriyasız

“Neftçi” Super Liqa klubu ilə heç-heçə etdi – YENİLƏNİB

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Neftçi” bu gün sonuncu yoxlama oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, Laurentsio Regekampfın baş məşqçi olduğu komanda Türkiyə Super Liqasında çıxış edən “Qaziantep”lə üz-üzə gəlib. Matç qolsuz heç-heçə ilə başa çatıb.

Boludakı ilk yoxlama matçında “Sakaryaspor”la 1:1 hesablı heç-heçə edən “ağ-qaralar” növbəti görüşündə “Sivasspor”a uduzub – 0:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43