Kateqoriyasız

Mahir Emreli oynadı, “Dinamo” qələbə qazandı

Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” yeni mövsümə hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, Xorvatiya çempionu sınaq matçında Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşıb. Görüş Zaqreb təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

Mahir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43