İdman

Mahir Mədətovun qolu millimizi məğlubiyyətdən xilas etmədi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2019-cu il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, 5-ci qrupda yer alan komandamız ilk ev sınağını İrlandiya sçeməsinə qarşı keçirib. “Dalğa Arena”da reallaşan matç qonaqların 3:1 hesablı qələbəsi ilə sonuçlanıb.

İsraillə səfər matçında uduzan Yaşar Vahabzadənin komandası bu görüşdə xalsız qalıb.

5 sentyabr
 
19:00. Azərbaycan – İrlandiya – 1:3 
Qollar:
  Manninq, 9 (0:1), Mahir Mədətov, 12 (1:1), Manninq, 37 (1:2), Qreqo-Kox, 51 (1:3)
Qırmızı vərəqə: Elnur Cəfərov 53 (Azərbaycan)
Bakı. “Dalğa Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43