Dünya futbolu

Mahirin komandası “Çelsi”ni məğlub etdi – VİDEO

Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçirilir.

İdmanxeber.az xəbər verir ki, E qrupunda Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su “Çelsi”ni qəbul edib. Matç Xorvatiya klubunun 1:0 hesablı qələbəsiylə başa çatıb.

Mahir Emreli bu görüşün iştirakçısı olmayıb. 25 yaşlı forvard sonadək ehtiyat oyunçular skamyasında olub.

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Çelsi” (İngiltərə) 1:0

Qol: Mislav Orşiç, 13

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43