12 İyul 2026
Dünya futbolu

Mahirli “Dinamo” Konfrans Liqası oyununa çıxır

Millimizin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb “Dinamo”su bu gün Konfrans Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, Xorvatiya təmsilçisi C qrupunda Qazaxıstan “Astana”sını qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Bu qrupun digər matçında isə  “Viktoriya” (Çexiya) “Balkani” (Kosovo) ilə üz-üzə gələcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43