“Mançester Siti” “Barselona”nın yarımmüdafiəçisi Rafinya ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər” 26 yaşlı braziliyalını Riyad Mahrezə əvəzləyici kimi nəzərdən keçirir. “Mançester Siti”nin idman direktoru Çiki Beqiristayn artıq mümkün transferlə bağlı “Barsa” rəhbərliyi ilə əlaqə saxlayıb.
Rafinya ötən yaydan “Barselona”dadı. 2022/23 mövsümündə o, kataloniyalıların heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 10 qol vurub və 12 məhsuldar ötürmə edib.
Portal Transfermarkt onun dəyərini 60 milyon avro qiymətləndirir.

