04 İyul 2026
Dünya futbolu

“Mançester Siti” istədi, “Barselona” müqavilə bağladı

“Barselona” Alexandro Baldenin müqaviləsini 2028-ci ilə qədər uzadacaq.

İdmanxeber.az-ın məlumatına görə, “Mançester Siti”nin oyunçuya 2 qat maaş təklif etməsinə baxmayaraq, o, “Blauqrana”da qalmağı üstün tutub.

Balde 2 ildir “Barsa”nın əsas komandasında çıxış edir. O, ötən mövsüm 44 oyuna çıxıb və 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43