“Mançester Siti” “Əl-Əhli”nin Riyad Mahrez üçün etdiyi 30 milyon funt-sterlinqlik təklifi qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, “Əl-Əhli”nin təklifini qəbul edən əlcəzairli futbolçu klubların razılaşmasını gözləyirdi.
Mahrez 2018-ci ildən “şəhərlilər”də çıxış edir. O, bu müddət ərzində 236 oyuna çıxıb və 78 qol vurub.

