“Börnli” Ceyms Traffordu heyətinə qatmağa yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubu bu transfer üçün “Mançester Siti”yə 14 milyon paund və əlavə olaraq 5 milyon da ödəyəcək.
“Şəhərlilər” gənc qapıçını transfer qiymətinin 3 qatına geri qaytarma haqqına sahib olacaq.
Xatırladaq ki, Trafford bir müddət əvvəl İngiltərə U-21-lə Avropa Çempionu olub.

