Dünya futbolu

“Mançester Siti”nin sahibi daha bir klub alır

“Mançester Siti”nin sahibi olan “City Football Group” holdinqi daha bir klub alır.

İdmanxeber.az-ın məlumatına görə, Braziliyanın “Bayya” klubu da bu holdinqə daxil olacaq. Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.

Bunadək 11 komanda “City Football Group”a daxil idi. Bunlar “Mançester Siti”, “Jirona”, “Palermo”, “Lommel”, “Nyu-York Siti”, “Melburn Siti”, “Montevideo Siti”, “Yokoqama Marinos”, “Trua”, “Mumbay Siti” və “Sıçuan Szyunyu”dur.

Qeyd edək ki, “Bayya” Braziliyanın B seriyasının turnir cədvəlində ikinci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43