Kateqoriyasız

Eduard Məmmədova vəzifə verildi

“Ağ Canavar” ləqəbli azərbaycanlı peşəkar kikboksçu Eduard Məmmədov Daxili İşlər Nazirliyində (DİN) vəzifəyə təyin olunub.

İdmanxeber.az xəbər verir ki, idmançı bu barədə şəxsi “feysbuk” hesabında məlumat verib. Məmmədov bu sözləri yazıb:

“Azərbaycan Respublikası Daxili İşlər Naziri general-polkovnik cənab Vilayət Eyvazovun əmri ilə DİN-in İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşam.

Bu etimadı mənə göstərdiklərinə görə Daxili İşlər Naziri general-polkovnik cənab Vilayət Eyvazova və DİN-in İdman Cəmiyyətinin sədri polis polkovniki xanım Zemfira Meftaxetdinovaya öz minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Mən polis polkovnik-leytenantı Eduard Məmmədov hər zaman olduğu kimi, bundan sonra da millətimə, dövlətimə şərəf və vicdanla xidmət edəcəyəm.

Mən fəxr edirəm ki, Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət edirəm!”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43