“Mançester Yunayted” “Brentford”un futbolçusu Brayan Mbömonu heyətinə qatıb.
İdmanxeber.az-ın məlumatına görə, “qırmızı şeytanlar” 25 yaşlı hücumçu ilə “5+1” illik müqavilə imzalanıb. Mançester təmsilçisi oyunçu üçün 75 milyon avro təzminat ödəyib.
Kamerun millisinin üzvü 2024/2025 mövsümündə “Brentford”da 42 matçda 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

