Dünya futbolu

“Mançester Yunayted”dən “Real”a 100 milyon

“Mançester Yunayted” “Real”ın yarımmüdafiəçisi Federiko Valverde ilə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Erik ten Haq yarımmüdafiəçinin oyununu çox bəyənir. “Mançester Yunayted” Valverde üçün Madrid klubuna 100 milyon avro təklif etməyə hazırdır.

“Real” futbolçunu satmaq üçün danışıqlara hazır olduğunu bildirib.

24 yaşlı uruqvaylı ötən mövsüm komnadanın heyətində bütün turnirlərdə 56 oyuna çıxıb, 12 qol vurub və 7 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43