Dünya futbolu

“Tarix yazmağa bir oyun qalıb” – Halaand

“Mançester Siti”nin hücumçusu Erlin Haland yerli mətbuata müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, norveçli oyunçu komandasının Çempionlar Liqasını qazanacağını açıqlayıb. O, bunun üçün “şəhərlilər”ə gəldiyini bildirib:

“Əlbəttə, azarkeşlər üçün finalda qalib gəlmək istərdim. Tarix yazmağa bir oyun qalıb, ona görə də bunun bir hissəsi olmaq istərdim. Hamı bilir ki, mənsiz “Mançester Siti” Çempionlar Liqasından başqa bütün kubokları qazanıb. Mənim bura gəlməyimin əsas səbəbi bu tituldur”.

“Mançester Siti” və “İnter” arasında Çempionlar Liqasının finalı 10 iyun şənbə günü İstanbulda keçiriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43