11 İyul 2026
Dünya futbolu

“Marca”: “Real” Mbappe ilə danışıq aparmır

PSJ-nin hücumçusu Kilian Mbappe bu yay “Real”ın hədəfində deyil.

İdmanxeber.az “Marca” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi hücumçu ilə bağlı heç bir danışıq aparmır. Buna səbəb Mbappenin təzminatının yüksək olmasıdır.

Mənbə yazır ki, fransalının “Real”a keçidi 2024-cü ildə baş verə bilər. 24 yaşlı ulduz oyunçu müqaviləsinin bitiminə bir il qalmış PSJ-ni tərk etməsi ehtimal edilir.

Mbappe cari mövsüm Paris klubu ilə 40 oyun keçirib, 38 qol vurub və 9 məhsuldar ötürmə edib. “Transfermarkt” portalına görə, futbolçunun dəyəri 180 milyon avrodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43