“İnter”, “Milan” və “Mançester Siti”nin keçmiş hücumçusu Mario Balotelli “Real”da oynamaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə futbolçu pzü açıqlama verib. Balotellinin son klubu “Cenoa” olub, onunla müqaviləsi 2025-ci il iyulun 1-də başa çatıb. 2024/25 mövsümündə hücumçu 6 matçda meydana çıxıb və qol vurmayıb.
Futbolçu Türkiyənin “Adana Dəmirspor”, “Sion”, “Monza”, “Breşiya”, “Lümedzane”, “Marsel”, “Nitsa” və “Liverpul” klublarında da çıxış edib.
“Transfermarkt” futbolçunun transfer dəyərini 500 min avro qiymətləndirir.

