15 İyun 2026
Dünya futbolu

Markus Reşford Premyer Liqaya qayıda bilər

İcarə əsasında “Barselona”da çıxış edən Markus Reşford Premyer Liqaya qayıda bilər.

İdmanxeber.az xəbər verir ki, “Arsenal” müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan 28 yaşlı vingeri yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Məlumatı “Caught Offside” yayıb.

Qeyd edək ki, Reşford cari mövsümdə “Barselona” forması ilə 19 oyunda 6 qol vurub, 9 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43