“Real”ın hücumçusu Kilian Mbappe La Liqada möhtəşəm göstəriciyə imza atıb.
İdmanxeber.az-ın məlumatına görə, fransalı futbolçu 23-cü turda “Valensiya”ya qarşı səfər matçında (2:0) fərqlənərək cari mövsümdə vurduğu qolların sayını 23-ə çatdırıb. Mbappe bunu çempionatda keçirdiyi 22-ci oyunda bacarıb.
27 yaşlı forvard daha əvvəl bu uğura imza atan Lionel Messi (2012/13), Luis Suares (2015/16) və Kriştiano Ronaldnun (2014/15) nəticəsini təkrarlayıb.

