İdman

Məşhur futbolçulardan sonra, tanınmış hakimlər də Çinə üz tutmağa başlayır

Son vaxtlar futbola xeyli vəsait xərcləyən Çin məşqçi və futbolçulardan sonra hakim transferinə də başlayıb.

İdmanxeber.com-un məlumata görə, Çin Futbol Federasiyası türkiyəli məşhur referi Cüneyt Çakıra cəlbedici təklif göndərib. 42 yaşlı hakim buna müsbət reaksiya verib. 

Məsələ rəsmiləşəcəyi təqdirdə, o, növbəti mövsüm Çin Super Liqasındakı oyunları idarə edəcək və Türkiyədəki qarşılaşmalara təyinat almayacaq.

Qeyd edək ki, hakim transferini ilk dəfə Səduiyyə Ərəbistan Futbol Federasiyası reallaşdırıb. Bu qurum ötən il məşhur ingiltərəli referi Mark Klattenburqla razılıq əldə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43