İdman

“Neftçi” Keşlədə dayandı!

“Neftçi”nin Azərbaycan Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb. 

İdmanxeber.com-un məlumatına görə, Bakı təmsilçisi XXV turun “Keşlə” ilə səfər matçında 1:2 hesabı ilə uduzub. 

“Ağ-qaralar” bunadək ardıcıl 8 görüşdə meydanı xalsız tərk etmirdi. Tərlan Əhmədovun komandası sonuncu dəfə XVI turun fevralın 17-də keçirilən “Sumqayıt”la matçından xalsız ayrılmışdı – 0:2. 70 gündən sonra məğlubiyyət acısı yaşayan “Neftçi” bu müddətdə 5 qələbə qazanıb, 3 heç-heçə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43