Dünya futbolu

“Messi ilə mən mütləq birlikdə olacağıq” – Luis Suares

“Barselona”nın sabiq hücumçusu Luis Suares karyerasını Lionel Messi və Neymarla birlikdə bitirmək niyyətində olduğunu bildirib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə təcrübəli fubolçu özü açıqlama verib:

“Bu barədə Neymarla da razılaşdıq. İstəyirik ki, karyeramızın son günlərini bir klubda keçirək. Sırf futboldan zövq alıb, istədiyimiz kimi futbol oynayaraq vidlaşmaq lazımdır. Neymar konkret qərarını verməsə də, amma Messi ilə mən mütləq birlikdə olacağıq”.

Bununla belə, 36 yaşlı uruqvaylı hazırda “Qremio”da hər şeydən razı olduğu üçün “İnter Mayami”yə keçmək variantını istisna edib.

İyunun 7-də Messi İnter Mayamiyə keçdiyini açıqladı. Amerika Klubu da imza atdığını açıqlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43