İdman

Avropa çempionatı: 12 usta cüdoçumuz tatamiyə çıxacaq

Sloveniyanın Podçetrtek şəhərində usta cüdoçular arasında keçirilən Avropa çempionatında bu gün fərdi yarışlara yekun vurulacaq.

İdmanxeber.az-ın məlumatına görə, sonuncu gündə Azərbaycanın 12 idmançısı tatami üzərinə çıxacaq.

M1 və M2 yaş kateqoriyası üzrə cüdoçular medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, ilkin görüşlər Bakı vaxtı ilə saat 11:30-da, final qarşılaşmaları isə saat 18:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43