Ölkə futbolu

“Şamaxı”dan “Kəpəz”ə keçirlər

“Kəpəz” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubu “Şamaxı”nın oyunçusu Rauf Hüseynlinin xidmətində maraqlıdır. Artıq “sarı-göylər” futbolçu ilə təmasa keçiblər.

Onunla yanaşı, “Kəpəz” “Şamaxı”nın daha bir üzvü – Əli Səmədovu da rənglərinə bağlamaq niyyətindədir.

Yeni mövsümün çalışmalarını davam etdirən Gəncə təmsilçisi yaxın günlərdə hər iki oyunçunun da transferini həll etməsi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43