Kateqoriyasız

“Meydana çıxıb, qladiator kimi döyüşürük” – Riçard Almeyda

“Qarabağ”ın futbolçusu Riçard Almeyda Heydər Əliyev adına Hava Limanında jurnalistlərin suallarını cavablandırıb.

İdmamxeber.az xəbər verir ki, yarımmüdafiəçi İsveçrədə “Sürix”lə heç-heçə etdikləri Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunu haqda danışıb:

– Sanki ikinci gəncliyini yaşayırsan. 120 dəqiqəlik oyunu dəyərləndirməyini istərdim.
– Həqiqətən, çox sevincliyəm. Artıq beynimə qoymuşdum ki, çox çalışmalı və az danışmalıyam. Çox şükür, nəticəsini görürəm. Qurban müəllim illərdir məni tanıyır, potensialıma bələddir. Çətin oyun olacağını bilirdik. Əlimizdən gələni etdik. Qələbə qazanmasaq da, növbəti mərhələyə yüksəldik. Artıq Konfrans Liqasının qruplarını təmin etmişik. Dayanmaq istəmirik. Məqsədimiz Çempionlar Liqasının qrup mərhələsinə qalmaqdır.

– Sarı vərəqə cəzası səbəbindən “Ferentsvaroş”la ilk oyunda olmayacaqsan…
– Zubirlə bir epizodda rəqibin ayağını tapdaladım. Bu məsələ ilə bağlı nəsə demək çətindir. Biz bir ailəyik. Meydana çıxıb, qladiator kimi döyüşürük. Mənim yerimə meydana kim çıxsa, əlindən gələni edəcək. Futbol komanda oyunudur.

– Bu matçla bağlı fikirlərin nədir?
– “Ferentsvaroş” güclü komandadır. Əla oyunçuları var. Bizim də güclü futbolçularımız var. Gələn həftəni gözləyək. Ümid edirəm ki, uğurlu nəticə əldə edəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43