l Divizion

“Mika” geri döndü

Ayağındakı zədə səbəbindən Türkiyədə 10 günlük müalicə prosesi keçən "Araz Naxçıvan"ın "Mika" ləqəbli futbolçusu Mikayıl Rəhimov bu gün vətənə dönüb. Geri dönər-dönməz komandanın axşam məşqinə qatılan müdafiəçi artıq özünü normal hiss edir. Mikayıl müalicə prosesi barədə fikirlərini bizimlə bölüşüb: "İstanbulda 10 günlük müalicə kursu keçdim. Artıq vəziyyətin xeyli yaxşılaşdığını deyə bilərəm. Özümü normal və daha doğrusu gümrah hiss edirəm. Çempionat başlayanacan formamı bərpa etmək və heyətdəki yerimə geri dönmək fikrindəyəm".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43