Kateqoriyasız

“Xəzər Lənkəran” azarkeşləri üçün daha 48 saat – ÖZƏL

“Bir hücumçu və müdafiəçi komandaya qoşulacaq. Bunlar Avropadan və Braziliyadan olacaq”.

Bu sözləri idmanxeber.com-a “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

Cənub klubunun rəsmisi yaxın iki gündə transferlərin onlara qoşulacağını bildirib:

“Yaxın iki gün ərzində yeni transferlər bizə qoşulacaq”.

Sonda klub rəsmisi türkiyəli futbolçunun düşərgəyə gəlməməsi haqda bunları deyib:

“Biz türk futbolçu ilə danışıqlar aparmırdıq, sadəcə ehtimal var idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43