“Milan” Mayk Menyanın müqaviləsini uzatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı qapıçı ilə “Çelsi” və PSJ yaxından maraqlanır. “Rossoneri”lər fransalı qapıçı ilə uzunmüddətli yeni müqavilə imzalamaq arzusundadır.
Menyan bu mövsüm 6 oyunda meydanda olub və bu oyunların üçündə qapısını qola bağlaya bilib.

