“Nyukasl”a Malik Tiavı satan “Milan” müdafiə xəttini gücləndirmək üçün yeni futbolçu axtarır.
İdmanxeber.az xəbər verir ki, “qırmızı-qaralar” hazırda Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda çıxış edən Merih Demiralı transfer etmək niyyətindədir.
Məlumata görə, A Seriyası təmsilçisi 27 yaşlı türkiyəli mərkəz müdafiəçisi ilə yaxın günlərdə danışıqlara başlayacaq. Demiralın “Əl-Əhli” ilə müqaviləsi 2026-cı ildə başa çatacaq.

