İdman

“Milan” Xorvatiya millisinin üzvünü transfer etdi

“Milan” Avropa Liqasında buraxılmasa da, transfer fəaliyyətinə ara vermir. A Seriyası təmsilçisi növbəti keçidi həll edib.

İdmanxeber.com-un məlumatına görə, “Rossoneri” Xorvatiya millisinin üzvü Alen Haliloviçi heyətinə qatıb. Gənc futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Perspektivli yarımmüdafiəçi son olaraq icarə əsasında “Las Palmas”da çıxış edib. O, müqavilə ilə “Hamburq”a məxsus idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43